İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-ın "polad sütunu" uçdu – Tehranda daha bir yüksək rütbəli hərbçi vuruldu

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzdindəki "Bəsic" xalq könüllüləri dəstəsinin komandan müavini Əzim İsmaili martın 17-də Tehrana endirilən hava zərbələri nəticəsində həlak olub.

Musavat.com xəbər verir ki, "Iran International" nəşrinin yaydığı məlumata görə, İsmaili həmin gün bölmənin komandanı Qulamrza Süleymani ilə birlikdə eyni hədəf nöqtəsində məhv edilib.

Əzim İsmaili "Bəsic" komandanının müavini postunu tutmaqla yanaşı, əvvəllər Xuzistan əyalətində SEPAH-ın kadrlar və təftiş şöbəsinə rəhbərlik edib. İranın rəsmi "Tasnim" xəbər agentliyi onu "Bəsic bölməsinin ən mühüm sütunlarından biri" kimi xarakterizə edərək, bu itkinin rejim üçün nə dərəcədə ağır olduğunu dolayı yolla təsdiqləyib. İsrail və ABŞ koalisiyasının həyata keçirdiyi bu dəqiq əməliyyat nəticəsində "Bəsic"in həm komandanı, həm də onun əsas strateji müavininin eyni vaxtda sıradan çıxarılması, qurumun idarəetmə strukturunun tamamilə iflic olmasına gətirib çıxarıb.

Qeyd olunur ki,  İsmailinin məhv edilməsi rejimin daxili təhlükəsizlik və repressiya aparatına endirilmiş ən sarsıdıcı zərbələrdən biridir, çünki o, "Bəsic" daxilində nizam-intizam və kadr siyasətinə birbaşa cavabdeh olan əsas fiqur idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR