Onlayn ictimai-siyasi qəzet
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 91-ci zərbə dalğası zamanı BƏƏ-dəki Amerika qırıcı təyyarələrinin uçuş mühəndisləri və pilotları üçün yerləşmə yerinə və Küveytdəki MQ-1 PUA mövqelərinə hücum edib, həmçinin USS Abraham Linkoln təyyarədaşıyan gəmisinə dörd qanadlı raket atıb.
Musavat.com xəbər verir ki, bu iddia ilə SEPAH mətbuat xidməti çıxış edib: "Bu əməliyyat zamanı Şimali Hind okeanındakı Amerika təcavüzkarlarının USS Abraham Linkoln təyyarədaşıyan gəmisinə dörd Qadr-380 qanadlı raketi ilə hücum edilib".
SEPAH qeyd edib ki, növbəti iki mərhələdə onlar "BƏƏ-dəki düşmən bazasının xaricində Amerika qırıcı təyyarələrinin uçuş mühəndisləri və pilotları üçün gizli toplanma yerinə" və "Amerika dronlarının bölmələrinə", həmçinin Əli əl-Salem hava bazasındakı (Küveytdə yerləşir -red.) MQ-1 Predator təyyarəsinə hücum ediblər.
ABŞ Mərkəzi Komandanlığı isə açıqlama yayaraq bildirib ki, Abraham Linkoln təyyarədaşıyan gəmisi gündəlik tapşırıqları yerinə yetirməyə davam edir.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ