İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə ağır QƏZA: Ölən və yaralanan var

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə iyulun 25-də saat 22 radələrində rayonun Baş Göynük kəndində qeydə alınıb. Rayon sakini Fərhad Qürbətli idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən piyadalar 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.

Nəticədə M.Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.|Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR