İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhnədə insult keçirən müğənni öldü - FOTO

Yunanıstanın əfsanəvi müğənnisi Marinella 87 yaşında vəfat edib.

1974-cü ildə Avroviziya Mahnı Müsabiqəsində ölkəsini təmsil edən ilk sənətçi olan Marinella 60 ildən çox davam edən karyerası ilə Yunan musiqisində dərin iz qoyub.

2024-cü ilin sentyabrında Afinada səhnədə beyin qanaması keçirən sənətçi uzun müddət müalicə alsa da, sağala bilməyib.

1938-ci ildə Salonikidə anadan olan Marinella karyerası boyunca bir çox məşhur bəstəkarlarla işləyib və beynəlxalq səhnələrdə də uğur qazanıb.

Güclü səsi və səhnə performansı ilə tanınan sənətçi Yunanıstanda musiqi ikonası kimi yadda qalıb./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR