İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Könül Qəhrəmanovanın atası vəfat edib

Şəhid Könül Qəhrəmanovanın atası vəfat edib

Şəki şəhərindən olan Birinci Qarabağ müharibəsi şəhidi Könül Qəhrəmanovanın atası Kamran Qəhrəmanov vəfat edib.Musavat. com xəbər verir ki, Kamran Qəhrəmanovun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Məlumata görə, o, bu gün torpağa tapşırılacaq.Qeyd edək ki, Könül Qəhrəmanova 1972-ci ildə Şəki şəhərində anadan olub.

O, 1991-ci ilin noyabrında ali təhsilini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə yollanıb və 1992-ci ildə Xocalı, Ağdam və Ağdərə istiqamətlərində tibb bacısı kimi yaralı döyüşçülərə yardım göstərib.1992-ci ilin sentyabrında Aghdam rayonunun Cinli kəndi uğrunda gedən ağır döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək şəhid olub və Şəkidə dəfn edilib.

Allah rəhmət eləsin.
Şahanə Rəhimli
Musavat. com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR