İnsanlara hürriyət, millətlərə istiqlal!

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

“İlk dəfə efirə saqqalla mən çıxmışam. 1990-cı illərdə bir dəfə saqqalla efirə gəldim, böyük problem oldu. Dedilər ki, saqqalını qırx, yoxsa efirə çıxa bilməzsən. Məni efirə buraxmadılar”.

Bu sözləri müğənni İzzət Bağırov “Zarafat bir yana” verilişində deyib. Sənətçi şou-biznesdə bir çox yenilikləri özünün etdiyini vurğulayıb:

“Mən də getdim saqqalımı qırxdım, qayıdıb efirə çıxdım. Sonralar isə artıq bunu qəbul etdirdim. Dedim ki, bu mənim imicimdir. Saqqalım da, jeleli saçlarım da imicimin bir hissəsidir. Saçda xətt qoymağı, kəkili, uzun yaxalıqları mən gətirmişəm”.

Sənətçi geyimlərinə çox pul xərcləməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

“Ən bahalı paltalarımın olduğunu deyə bilmərəm. Elə də bahalı geyimlərim yoxdur. Qiymət demək də düzgün olmaz. Belə şeyləri efirlərdə danışmaq istəmirəm. Amma suala cavab olsun deyə bir qiymət deyəcəyəm. Ən bahalı geyimim 500 manatdır”. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR