İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda “Mercedes” ilə “Hyundai” toqquşdu - Ölən və yaralanan var

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub. Toqquşma zamanı minik avtomobilində olan rayon sakini, 1963-cü il təvəllüdlü Axundov Aydın Sabir oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 36 yaşlı Coşqun Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.**“Qafqazinfo” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR