İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah" qələbə qazandı, Azərbaycanın qazancı artdı

UEFA ötən gün Çempionlar Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. 

Buna "Sabah"ın ÇL-in 2-ci təsnifat mərhələsinin cavab oyununda Finlandiya "KuPS"unu səfərdə yenməsi (2:0) şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal 2.125-ə yüksəlib. Bunun 1.000 əmsalı "Sabah"ın, 0.625-i "Qarabağ"ın, 0.500-ü isə "Zirə"nin payına düşür.  

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 20.687-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Bununla belə, ən yaxın izləyicimiz Skovakiya ilə fərq artıb. "Spartak Trnava"nın mübarizəni dayandırması nəticəsində slovakiyalıların xal ehtiyatı 19,500-ə bərabər olub. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsraili isə 21,500 xalı var.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.  (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR