Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Ermənistana neft məhsullarının yeni partiyasını göndərir.
Musavat.com bildirir ki, bu xəbəri erməni mediası da manşetlərdən tirajlayıb.
Daşımalara 1000 ton Aİ-92 benzini, 1000 ton dizel yanacağı, 1800 ton Aİ-95 markalı benzin daxildir. Bildirilir ki, yük yanvarın 8-də Güzdək dəmir yolu stansiyasından və Bakı yük stansiyasından yola düşəcək.
Qeyd edək ki, ötən ilin sonlarında ilk yanacaq daşıyan qatar Gürcüstan ərazisindən keçməklə Ermənistana daxil olmuşdu. Ermənistan rəhbərliyi şirkətlər arasında ticarət əlaqələrinin başlanmasını məmnunlyqla qarşılamış və Azərbaycana təşəkkür etmişdi.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ