İnsanlara hürriyət, millətlərə istiqlal!

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Sumqayıtda 1300 abonentə qazın verilişində fasilə yaranacaq.

Azəriqaz İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən Musavat.com-a bildirilib ki, 23 dekabrda Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yeni quraşdırılmış ŞQTM-in mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.

Belə ki, aparılacaq işlərlə əlaqədar qəsəbə üzrə 1300 abonentin qaz təchizatı saat 10:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa ediləcək.

Abonentlərdən təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR