İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan ABŞ-yə ŞOK XƏBƏRDARLIQ

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, rəsmi Moskva İrandakı “Buşehr” AES ətrafında vəziyyətlə bağlı ABŞ-yə təhdid siqnalları göndərir.

Musavat.com-un məlumatına görə, Kremlin sözçüsü jurnalistlərə bildirib ki, Moskva nüvə obyektlərinə zərbələri son dərəcə təhlükəli hesab edir və dəfələrlə öz narahatlığını ifadə edib.

Bildirilib ki, zavod hazırda BMT və MAQATE-nin monitorinqi altındadır.

Peskov həmçinin “Politico”nun ABŞ-nin Ukraynaya eyni yardımı dayandıracağı təqdirdə, Rusiyanın İranla kəşfiyyat məlumatlarını paylaşmayacağına dair xəbərini “yalan” adlandırıb.

Qeyd edək ki, Rusiyanın yüzlərlə mütəxəssisi “Buşehr” AES-də çalışırdı. Son günlər onların bir hissəsi təxliyə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR