İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlikdən gözlənilməz qərar – Kimlər pul alacaq?

Azərbaycanda emal müəssisələrinə təhvil verilən bir sıra kənd təsərrüfatı məhsulları üzrə yeni subsidiyalar tətbiq ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə subsidiya əhatəsi genişləndirilir.

Yeni qərara əsasən, emal müəssisəsinə təhvil verilən məhsullar üzrə subsidiyalar aşağıdakı məbləğlərdə müəyyən edilib: 

Texniki üzüm – 50 manat/ton

Zeytun – 30 manat/ton

Xurma – 50 manat/ton

Taxta qabıqlı badam – 30 manat/ton

Efir yağı istehsalı üçün qızılgül – 100 manat/ton

Biyan – 10 manat/ton

Pivəlik arpa – 50 manat/ton

Bundan əlavə, ərzaqlıq buğda proqramı davam etdiriləcək. Buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal olunaraq dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödəniləcək.

Naxçıvan Muxtar Respublikası üzrə isə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR