Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ural Federal Dairəsində prezident nümayəndəsi olan Artyom Joqa Qələbə Günü tədbirlərində diqqət mərkəzinə düşüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Yekaterinburqda keçirilən “Ölməz alay” yürüşü və Verxnyaya Pışmadakı paradda Artyom Joqanın yanında dəyəri təxminən bir milyon rubla çatan lüks brend geyim və aksesuarlar taxmış gənc qadın görüntülənib.
E1.ru saytının məlumatına görə, xanımın üzərində:
Sayt iddia edir ki, həmin qadın Joqanın sevgilisidir.
Qeyd edək ki, Artyom Joqa Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmiş “Sparta” batalyonunun keçmiş komandirlərindən biridir. O, 2024-cü ilin oktyabrından etibarən Rusiya prezidentinin Ural Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsini tutur.
Joqa daha əvvəl Rusiyanın nəzarətində olan qondarma “Donetsk Xalq Respublikası”nda “xalq şurası”nın sədri olub və hazırda Rusiya Təhlükəsizlik Şurasının üzvlərindən biridir.
O, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakına görə ABŞ, Avropa İttifaqı, Ukrayna və Yaponiya daxil olmaqla bir sıra ölkələrin sanksiya siyahısındadır.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ