Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Xarici İşlər Nazirliyi Rumıniyanın Moskvadakı səfiri Kristian İstrateni nazirliyə çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Səfirə Rumıniyanın Konstansa şəhərindəki Rusiya Baş Konsulluğunu bağlamasına cavab olaraq Moskvanın görəcəyi qarşı tədbirlər barədə məlumat veriləcək.
Qeyd olunur ki, qərar pilotsuz uçuş aparatı ilə bağlı insidentdən sonra qəbul edilib.
Musavat.com
25 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ