İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Ukrayna qarşısında şərt qoydu

Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun iclasında çıxışı zamanı Ukraynadan da bəhs edib.

Musavat.com-un məlumatına görə, o, bildirib ki, Ukraynanın neytral statusunun təmin edilməsi Rusiyanın məqsədlərindən biri olaraq qalır.

Moderator Putinə Rusiyanın məqsədləri sırasında Ukraynanın neytral statusunun hələ də olub-olmadığını soruşub. Rusiya prezidenti cavabında bildirib ki, Moskva postsovet məkanının və yeni Rusiyanın formalaşmasının ilk mərhələlərindən etibarən Ukraynanın neytral dövlət olması prinsipindən çıxış edib və bu, ölkənin müstəqillik haqqında Bəyannaməsində də öz əksini tapıb. “Lakin sonradan onlar Konstitusiyaya NATO-ya üzv olmaq tələbini və məqsədini daxil etdilər. Amma bu, o cümlədən Rusiyanın təhlükəsizliyi baxımından başqa məsələdir”, – Rusiya lideri qeyd edib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin əməliyyatın məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən təhqirə və soyqırımına məruz qalan insanların müdafiəsi” olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün Ukraynanın “demilitarizasiyası və denasifikasiyası” həyata keçirilməli, Donbasın dinc sakinlərinə qarşı “qanlı cinayətlərə” görə məsuliyyət daşıyan bütün hərbi cinayətkarlar məhkəmə qarşısına çıxarılmalıdır. Buna cavab olaraq Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR