Onlayn ictimai-siyasi qəzet
Xerson vilayətində monastıra PUA ilə endirilən zərbə nəticəsində 71 yaşlı din xadimi həlak olub, 4 keşiş yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb.
Onun sözlərinə görə, hadisə bir gün əvvəl saat 15:00 radələrində Novoraysk icmasının Krasnıy Mayak kəndində yerləşən monastırda baş verib.
Prokudin bildirib ki, FPV-dronun zərbəsi nəticəsində 71 yaşlı din xadimi həyatını itirib.
Hücum nəticəsində 51, 53, 51 və 31 yaşlı 4 keşiş də yaralanıb. İlkin məlumata görə, yaralılarda mina-partlayış xəsarətləri qeydə alınıb.
Qeyd edək ki, sentyabrın 18-də Xerson vilayətinin Tekstilnoye qəsəbəsinin də Rusiya PUA-sının hücumuna məruz qaldığı və nəticədə 2 nəfərin öldüyü bildirilmişdi.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ