Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan "İzvestiya" nəşrinə müsahibəsində İrəvan və Moskva arasındakı münasibətlərdə gözlənilən transformasiya barədə danışıb.
Musavat.com-un xəbərinə görə, hökumət rəhbəri bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olunana qədər Rusiya ilə ikitərəfli əlaqələrin təxminən 90 faizi təhlükəsizlik məsələlərinə yönəlmişdi.
"İndi isə sülh şəraitində Rusiya ilə münasibətlərin transformasiyası baş verəcək", - deyə Paşinyan qeyd edib.
Baş nazir vurğulayıb ki, İrəvan Moskva ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək niyyətindədir. O, həmçinin Ermənistanın xarici siyasətdə balanslaşdırma kursuna sadiq qaldığını xatırladıb.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ