İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusu Zəngəzurda hərəkətə keçdi: Meğri istiqamətində...

Zəngəzurda Rusiya sərhədçilərinin iştirakı ilə keçirilən tədbirlərlə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Musavat.com xəbər verir ki, Kremlə yaxın erməni kiv-lərinin yaydığı məlumata görə, söhbət reydlərdən deyil, Meğri sərhəd dəstəsinin Rusiya hərbçilərinin iştirakı ilə keçirilən planlı tədbirlərindən gedir.

Bundan əvvəl sosial şəbəkələrdə Rusiya sərhədçilərinin Ermənistan və Avropa İttifaqı vətəndaşlarının Meğri istiqamətində hərəkətinə mane olduğu, bəzi şəxslərin saxlanılaraq dindirildiyi barədə məlumatlar yayılmışdı.

Mənbənin bildirdiyinə görə, Nrnadzor kəndinin sərhəd zolağında hərəkət Ermənistanın dövlət sərhədi haqqında qanunu və Ermənistan-Rusiya arasında qüvvədə olan dövlətlərarası sazişlə tənzimlənir. Bu əraziyə giriş yalnız xüsusi buraxılış sənədi ilə mümkündür.

Buraxılış sənədi olmayan şəxslər inzibati məsuliyyətə cəlb olunur və onlara cərimə tətbiq edilir.

Qeyd olunur ki, nəqliyyat vasitələrinə baxış və sənədlərin yoxlanılması Meğri sərhəd dəstəsində xidmət aparan Ermənistan vətəndaşları tərəfindən həyata keçirilir. Cərimələrin rəsmiləşdirilməsi isə Ermənistanın hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR