İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus hərbçi PUA zərbəsi ilə öldürüldü - ANBAAN VİDEO

Rusiya-Ukrayna cəbhəsində rabitə uğrunda riskli cəhdlər davam edir.

Musavat.com xəbər verir ki, Starlink sistemlərinin bloklanmasından sonra rus hərbçiləri siqnal əldə etmək üçün yüksək rabitə qüllələrinə qalxmağa məcbur qalır.

Məlumata görə, yüksəklikdə qalan hərbçilər açıq sahədə olduğundan Ukrayna pilotsuz uçuş aparatları tərəfindən asanlıqla aşkarlanır və dərhal zərbə endirilir. Bir sıra hallarda qülləyə qalxan hərbçilərin məhv edildiyi bildirilir.

Hərbi müşahidəçilər qeyd edir ki, müasir müharibədə rabitə üstünlüyü döyüşün taleyini müəyyənləşdirir. Peyk internetinin itirilməsi bölmələrin koordinasiyasını zəiflədir və onları havadan zərbələrə qarşı həssas edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR