Onlayn ictimai-siyasi qəzet
Ukraynanın həyata keçirdiyi dron və raket hücumu Rostovda hərbi aerdromda böyük partlayışlara səbəb olub.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, hərbi aerodromun təyyarə və helikopterlərin park edildiyi hissəsi yanır.
Aerdromda həmçinin sursatların ikincili partlayışları baş verir.
Ukrayna kanalları aerdromda Rusiya Ordusunun 30-cu Xüsusi Birgə Nəqliyyat Aviasiya Alayının yerləşdiyini bildirirlər.
Eyni zamanda Yaroslavlda Ukrayna hücumundan sonra Slavneft-YANOS neft emalı zavodunda yanğın baş verib. Zavod ildə təxminən 15 milyon ton neft emal edir və Rusiyanın ən böyük beş neft emalı zavodundan biridir.
Zavodda yanğın başladığını bölgə qubernatoru da təsdiqləyib.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ