İnsanlara hürriyət, millətlərə istiqlal!

Rostov və Samara BOMBALANDI, böyük DAĞINTILAR var: Kiyevdən ŞOK çağırış

Sentyabrın 15-nə keçən gecə Ukrayna hərbçiləri Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə kütləvi raket zərbələri endirib. Nəticədə “Ozon” şirkətinin anbarında və Q. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində yanğın baş verib.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, hücum nəticəsində iki çoxmənzilli və üç fərdi yaşayış evinin, təhsil müəssisəsinin və kommersiya obyektinin şüşələri sınıb, qaz xətti, kənd təsərrüfatı müəssisələrinin anbarları, ərzaq mağazası və “Ozon” anbarı zərər görüb.

Qeyd edək ki, Q. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində hərbi təyyarələrin təmiri və modernləşdirilməsi həyata keçirilir.

Bundan başqa, Ukrayna PUA-larının Samara vilayətindəki Sızran neft emalı zavoduna da hücum etdiyi bildirilir. Hücumdan sonra müəssisənin sənaye zonasındakı bir neçə ərazidə yanğın qeydə alınıb.

“Sızran” NEZ “Rosneft” şirkətinin strukturuna daxildir və ildə təxminən 7-8,9 milyon ton neft emal etmək gücünə malikdir. Müəssisədə benzin, dizel və aviasiya yanacağı, mazut, bitum və digər neft məhsulları istehsal olunur.

Q. Beriyev adına Taqanroq kompleksi daha əvvəl də hücuma məruz qalıb. 2025-ci il noyabrın 25-nə keçən gecə baş verən hücum nəticəsində kompleksin ərazisində saxlanılan iki eksperimental A-60 və A-100LL təyyarəsinin vurulduğu bildirilib.

Rusiya iqtisadiyyatına ciddi zərər vurmaq üçün Ukrayna təkcə neft emalı sənayesinə deyil, həm də logistika, yanacaq anbarları və hava nəqliyyatına təzyiq göstərməlidir. “Prime” qrupunun təsisçisi, siyasi ekspert Dmitri Leuşkin bildirib.

“Rusiya iqtisadiyyatını bütövlükdə sıxışdırmaq lazımdır, söhbət təkcə neft gəlirlərindən getməməlidir.

Hava nəqliyyatı, logistika. Təkcə neft emalına deyil, məhz yanacaq anbarlarına zərbələr endirmək lazımdır, çünki bu, kifayət qədər böyük və ciddi zərər vurur”, – deyə o bildirib.

TV Musavat-ın “Həftə içi” verilişində siyasi ekspert Elçin Xalidbəyli suallarımızı cavablandırır.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR