İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rosneft"in neft emalı zavodu fəaliyyətini dayandırdı

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi növbəti hücum nəticəsində "Rosneft" şirkətinə məxsus Saratov Neft Emalı Zavodu (NEZ) fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, PUA zərbələri müəssisənin istehsal obyektlərinə ciddi zərər vurub və güclü yanğınlara səbəb olub.

Əsas istehsal qurğusu sıradan çıxıb

İllik emal gücü təxminən 7 milyon ton olan zavodda baş verən hücum nəticəsində neftin ilkin emalı üzrə vahid AVT-6 qurğusu sıradan çıxarılıb. İstehsalat zəncirinin pozulması səbəbindən müəssisə fəaliyyətini tamamilə dondurmaq məcburiyyətində qalıb.

İldə 1 milyon tondan çox benzin və 2 milyon tona yaxın dizel yanacağı istehsal edən Saratov NEZ yaradılmış vəziyyətlə əlaqədar Sankt-Peterburq Beynəlxalq Əmtəə-Xammal Birjasında məhsul satışını tamamilə dayandırıb.

Qiymətləndirməyə görə, zədələnmiş qurğuların bərpası və təmir işlərinin aparılması 2 həftədən 3 həftəyədək vaxt apara bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR