İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo milyon dollarlıq qarajını nümayiş etdirdi

Dünyaca məşhur futbolçu Kriştianu Ronaldo lüks avtomobillərdən ibarət kolleksiyası ilə yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, futbolçunun qarajından görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Ronaldonun avtomobil kolleksiyasında "Bugatti", "Ferrari", "McLaren", "Rolls-Royce", "Lamborghini" və "Mercedes" kimi premium markaların müxtəlif modelləri yer alır.

Kolleksiyanın ən diqqətçəkən avtomobilləri arasında "Bugatti Centodieci", "Bugatti Chiron", "Bugatti Veyron", "McLaren Senna", "Ferrari" modelləri və "Rolls-Royce" avtomobilləri var. Xüsusilə "Bugatti Centodieci"nin dəyərinin təxminən 9,9 milyon dollar olduğu bildirilir.

Ronaldonun avtomobil parkının ümumi dəyəri ilə bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, kolleksiyanın milyonlarla dollar dəyərində olduğu qeyd olunur.

Futbolçunun qarajından yayılan görüntülər isə onun meydandan kənardakı dəbdəbəli həyat tərzini bir daha nümayiş etdirib.

Könül
Musavat.com

Lüks avtomobil qarajını göstərdiLüks avtomobil qarajını göstərdiLüks avtomobil qarajını göstərdi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR