İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rıza Baba”dan ÜZÜCÜ XƏBƏR - Xəstəxanaya yerləşdirildi

“Arka sokaklar” serialında canlandırdığı “Rıza baba” obrazı ilə milyonların sevgisini qazanan aktyor Zafer Ergin xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, 80 yaşını keçməsinə baxmayaraq, serialın çəkiliş tempindən geri qalmayan təcrübəli aktyorun səhhətində narahatlıq yaranıb və o, xəstəxanaya aparılıb.

Aktyorun vəziyyəti ilə bağlı həyat yoldaşı Binnaz Ergin danışıb. O bildirib ki, sosial şəbəkələrdə yayılan “beyninə qan sızıb” iddiaları həqiqəti əks etdirmir.

Binnaz Erginin sözlərinə görə, aktyorun orqanizmi susuz qaldığı üçün vəziyyəti pisləşib və analizlərdə infeksiya göstəriciləri yüksək çıxıb.

“Bədəni susuz qalıb, infeksiya dəyərləri də yüksək idi. Hazırda vəziyyəti yaxşıdır. Nəzarət üçün xəstəxanadayıq”, – deyə o bildirib.

Qeyd olunub ki, Zafer Ergin qısa müddətdə özünü daha yaxşı hiss etdikdən sonra yenidən serialın çəkilişlərinə qayıda bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR