İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Məcid: "Bu məlumatları yaymayın..."

Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid jurnalistlərə müraciət edərək sosial şəbəkələrdə yayılan məlumatların yoxlanılmadan tirajlanmamasına çağırış edib.

Musavat.com bildirir ki, MŞ sədri sosial şəbəkənim etibarlı istinad mənbəyi olmadığını vurğulayıb.

"Sosial şəbəkə istifadəçiləri məsuliyyətli olmaya bilərlər. Onların hətta qərəzli və şəxsi maraqlar çərçivəsində davranmaları da mümkündür. Ona görə media subyektlərinin sosial şəbəkələrdə yayılmış bilgiləri araşdırmadan tirajlamaları peşə prinsiplərinə ziddir, jurnalistikanın etibarına xələl gətirir. Media informasiya yayıcılığında sosial şəbəkələrdən üstünlüyünü yalnız peşəkarlığı ilə göstərməlidir. Peşəkarlıq isə həm də həssaslıq tələb edir. Hadisə və proseslərə həssas yanaşma tərzi medianın cəmiyyətdəki nüfuzunu qoruyan əsas məqamlardandır. Arzu edərdim ki, həmkarlarım bunu nəzərə alsınlar" - o deyib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR