İnsanlara hürriyət, millətlərə istiqlal!

Raket böhranı danışıqları dağıtdı: Tehran ABŞ-yə açıq mesaj verdi

İranın rəsmi şəxsləri Tehranın ABŞ ilə mümkün danışıqlarda ballistik raket proqramı məsələsinin gündəmə salınmasını qəti şəkildə qəbuledilməz saydığını bəyan ediblər.

Musavat.com xəbər verir ki, Al Mayadeen telekanalının məlumatına görə, İran tərəfi raket mövzusunu “qırmızı xətt” kimi qiymətləndirir və bu məsələnin müzakirəsi halında danışıqlarda iştirak etməyəcəyini açıq şəkildə bildirib.

Rəsmi mənbələr vurğulayıb ki, ballistik raket proqramı İranın milli təhlükəsizliyinin əsas elementlərindən biridir və bu sahədə hər hansı güzəşt müzakirə mövzusu ola bilməz.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR