İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qulağındakı yara görünmür” – Müctəbə Xameneinin son durumu

İran Ali Rəhbəri Müctəba Xameneinin səhhəti ilə bağlı yeni məlumat yayılıb.

Musavat.com xəbər verir ki, “Əl Ərəbiyə” telekanalı İran hökumət müşavirələrinin koordinatoru Məzahir Hüseyniyə istinadən bildirib ki, Müctəba Xameneinin aldığı xəsarətlər demək olar ki, tam sağalıb.

Məlumata görə, fevralın 28-də baş verən zərbə zamanı partlayış dalğasının təsirindən yıxılan Xamenei diz və bel nahiyəsindən xəsarət alıb, həmçinin qulağının arxasında kiçik kəsik yaranıb.

“Məzahər Hüseyni bildirib ki, belindəki travma artıq sağalıb, dizindəki zədə isə yaxın vaxtlarda tam bərpa olunacaq. Qulaq arxasındakı yara isə baş geyiminə görə görünmür”.

Qeyd olunur ki, daha əvvəl bəzi media orqanlarında Müctəba Xameneinin ağır yaralandığı barədə xəbərlər yayılmışdı. ABŞ prezidenti Donald Tramp isə onun sağ qalıb-qalmadığı ilə bağlı şübhə ifadə etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR