İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubernatora hücum edən məhkum müharibədə öldürüldü

Ukraynada gedən döyüşlərdə Murmansk vilayətinin qubernatoruna bıçaqla hücum etmiş məhkum Aleksandr Bıdanovun öldüyü bildirilir.

Musavat.com xəbər verir ki, o, 2026-cı ilin 4 yanvarında döyüş tapşırığı zamanı həlak olub, fevralın 17-də isə dəfn mərasimi keçirilib.

Xatırladaq ki, Bıdanov 2024-cü ilin aprelində Murmansk vilayətinin rəhbəri Andrey Çibisə bıçaqla hücum edərək, onu qarın nahiyəsindən yaralamışdı. Qubernator xəstəxanaya yerləşdirilmiş və əməliyyatdan sonra sağ qalmışdı.

Hadisədən dərhal sonra saxlanılan hücumçu məhkəmənin hökmü ilə 13 il müddətinə ciddi rejimli koloniyaya göndərilmişdi.

Sonradan onun cəzaçəkmə müəssisəsindən cəbhəyə aparıldığı və müharibədə öldüyü ortaya çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR