Onlayn ictimai-siyasi qəzet
Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryan Baş nazirin aparatında vəzifə tutmaq təklifindən imtina edib.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət brifinqində jurnalistlərə açıqlamasında bildirib.
Paşinyanın sözlərinə görə, o, Qriqoryana işini Baş nazirin aparatında davam etdirməyi təklif etsə də, qarşı tərəf dövlət qulluğu karyerasında fasilə vermək qərarına gəlib.
Ermənistanın baş naziri əlavə edib ki, “Mən buna anlayışla və hörmətlə yanaşıram”.
Xatırladaq ki, Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən getdikdən sonra onun yerini Ermənistan Parlamentinin keçmiş sədri Alen Simonyan tutub.
Musavat.com
17 Avqust 2026
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ