İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkəni şaxta vurdu - Məktəblər bağlandı

Türkiyədə soyuq və yağışlı hava şəraiti davam edir. Ölkənin 70 əyalətində havanın temperaturu sıfırın altına düşüb.

Bu barədə Meteoroloji Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, ən aşağı temperatur Van vilayətinin Çaldıran rayonunda qeydə alınıb. Orada temperatur -19,9 dərəcə olub.

Digər aşağı temperaturlar isə Hakkarinin Yüksekova rayonunda -13,6 dərəcə, Ağrının Taşlıçay rayonunda -11,9 dərəcə, Ərzurumun Palandöken rayonunda isə -10,1 dərəcə Selsi səviyyəsində qeydə alınıb.

Soyuq və şaxtalı hava şəraitiunin bir neçə gün davam edəcəyi açıqlanıb.

Əhaliyə xəbərdarlıq olunub. Ölkənin bəzi vilayətlərində məktəblər bağlanıb./Metbuat.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR