Onlayn ictimai-siyasi qəzet
"Tez-tez məndən soruşurlar ki, niyə Oğuz kimi Layla haqqında da yazmırsınız, şəkillərini çox paylaşmırsınız? Çünki onun hekayəsində mənim sözlərimin, cəsarətimin çatmadığı yerlər var. Qanamasından qorxduğum izlər var. Elə bil kəpənəkdir - ona toxunmağa, oxşamağa, onu paylaşmağa içimdə həmişə bir ehtiyat dolaşar. Elə möcüzələr var ki, insan onları danışmaqdan çox qorumaq istəyir. Layla da mənim həmin möcüzəmdir".
Bu sözləri aparıcı Azər Süleymanov qızı Layla ilə bağlı yazıb. Aparıcı sosial şəbəkə hesabında qızı haqqında az danışmasının və onun fotolarını nadir hallarda paylaşmasının səbəbini açıqlayıb.
Azər bildirib ki, Laylanın həyatında danışmağa və paylaşmağa çətinlik çəkdiyi hadisələr var:
"Amma özü bütün olanlardan xəbərsizdir - yaşadıqlarından, uğrunda yaşadıqlarımızdan. Dünyanın onu necə sərt salamlamasından, ailəsindən əvvəl necə adamlarla tanışlığından və bu savaşdan necə qalib çıxdığından.
Nə qəribədir, bir vaxtlar həyatdan yapışan balaca əlləri ilə indi də qolumdan tutunur! Bütün bunlara görə Layla haqqında danışmaq mənim üçün heç vaxt mümkün olmur". (Axşam.az)
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ