Onlayn ictimai-siyasi qəzet
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan razılaşması Yəməndə husilərə qarşı yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Nəşrin məlumatına görə, üç ölkə arasında razılaşma Səudiyyə Ərəbistanının Yəməndə İranın dəstəklədiyi husilərdən gələn artan təhlükə ilə üzləşdiyi bir dövrdə əldə olunub. “Financial Times” hesab edir ki, bu proses Səudiyyə Ərəbistanının husilərə qarşı yeni hərbi əməliyyatlara başlamasının siqnalı ola bilər.
Belə bir ssenaridə hərbi-dəniz qüvvələrinə malik Türkiyənin də iştirak edəcəyi gözlənilir. Pakistanın da mümkün əməliyyatlarda iştirak edə biləcəyi bildirilir.
Nəşr həmçinin diqqətə çatdırır ki, razılaşma Ankaranın uzun müddətdir müdafiə etdiyi regional problemlərin regional vasitələrlə həlli yanaşmasına uyğundur.
Musavat.com
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ