İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər İrana nota verdi – səfir XİN-ə çağırıldı

Qətər hakimiyyəti ölkə ərazisinə edilən hücumlarla bağlı İslam Respublikasına kəskin etirazını bildirib.

Musavat.com xəbər verir ki, rəsmi Doha baş verən insidentdən sonra İranın Qətərdəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi nota təqdim edib.

Qətər XİN-in açıqlamasında bildirilir ki, ölkənin suverenliyinə və təhlükəsizliyinə yönəlmiş istənilən addım beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir. Diplomatik kanallar vasitəsilə Tehrana etiraz çatdırılıb və bu cür hərəkətlərin təkrarlanmaması tələb olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR