Onlayn ictimai-siyasi qəzet
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin, ehtimal ki, döyüş başlığının zərbə elementləri nəticəsində zədələndiyi bildirilir. Lakin bu elementlərin kimə məxsus olduğu hələlik müəyyən edilməyib.
Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan rəsmiləri məlumat yayıb.
Qazaxıstan Nəqliyyat Nazirliyinin istintaq komissiyası 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında baş vermiş "Embraer 190" tipli AZAL təyyarəsinin qəzasının ildönümü ilə bağlı aralıq hesabat dərc edib. Sənəd Beynəlxalq Mülki Aviasiya Təşkilatı-nın 13-cü Əlavəsinə və Qazaxıstanın milli qaydalarına uyğun hazırlanaraq nazirliyin rəsmi saytında yerləşdirilib.
Nazirlikdən xüsusi vurğulanıb ki, istintaqın əsas məqsədi gələcəkdə bu cür faciələrin qarşısını almaqdır, hər hansı tərəfin günahını müəyyənləşdirmək deyil. Bildirilib ki, texniki araşdırma ilə paralel olaraq cinayət işi də aparılır, lakin bu iki proses bir-birindən tam ayrı şəkildə həyata keçirilir. İstintaq yekunlaşana qədər onun gedişi ilə bağlı məlumatların açıqlanması qadağandır.
Qeyd olunub ki, araşdırmanın başa çatma müddəti bütün elmi-texniki tədqiqatların tamamlanmasından asılıdır. Hadisənin dəqiq səbəbləri, ona təsir edən amillər və uçuş təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda əksini tapacaq.
Yekun hesabatın istintaq tamamlandıqdan sonra Qazaxıstan Nəqliyyat Nazirliyinin rəsmi internet səhifəsində dərc ediləcəyi bildirilib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ