Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərindəki kafedə güclü parlayış baş verib.
Musavat.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, baş verən partlayış və yanğın nəticəsində 7 nəfər ölüb, onlarla yaralı var.
Yerli administrasiyanın məlumatına görə, 13 nəfər xəstəxanaya yerləşdirilib, altı nəfər isə ambulator müalicəyə köçürülüb.
Hadisə yaşayış binasına bitişik olan "Plov Mərkəzi" kafesində baş verib. Regional təcili yardım şöbəsi əvvəlcə altı nəfərin öldüyünü və təxminən 20 nəfərin yaralandığını, daha 10 nəfərin isə hadisə yerinə gələn təcili yardım xidmətləri tərəfindən xilas edildiyini bildirib. Qazaxıstan mediasının hadisə yerindən yayımladığı görüntülərə görə, partlayış müştərilər kafenin içərisində olarkən baş verib.
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ