Onlayn ictimai-siyasi qəzet
Qazaxda ikisi yeniyetmə olmaqla 3 nəfər dəm qazından zəhərlənib.
Hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakinləri – 2007-ci il təvəllüdlü S.Bayramova, 2012-ci il təvəllüdlü M.Əhmədli və 2014-cü il təvəllüdlü F.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların evin vanna otağında dəm qazından zəhərləndiyi bildirilir.
Zəhərlənən şəxslərə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu qeyd olunur, faktla bağlı araşdırma aparılır.(APA)
17 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ