Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda, Gebze-Orhangazi-İzmir magistral yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, tur avtobusu ilə evakuatorun toqquşması nəticəsində 11 nəfər həyatını itirib, 27 nəfər isə ağır yaralanıb.
Dəhşətli qəza saat 11:00 radələrində qeydə alınıb. Hadisə şahidlərinin təcili çağırışı əsasında əraziyə çoxlu sayda xilasedici, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Xəsarət alan şəxslərə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar təcili olaraq ətraf xəstəxanalara çatdırılıblar.
Musavat.com




11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ