Onlayn ictimai-siyasi qəzet
Məsələ ilə bağlı Musavat.com-a Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən aşağıdakı açıqlama verilib:
Bildiririk ki, mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.
Hörmətli media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda universitetin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalarını xahiş edirik.
Anlayışınız və əməkdaşlığınız üçün təşəkkür edirik.
***
Qarabağ Universitetində idman müəllimi işləmiş Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.
Onun bu davranışından iki tələbə zərər çəkib.
Tələbələrin şikayətində sonra F.Məmmədov barəsində araşdırma aparılıb, o, saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxsin törətdiyi əməllər sübuta yetirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F.Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki işindən xaric edilib.
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ