Onlayn ictimai-siyasi qəzet
UEFA Konfrans Liqasında çıxış edən təmsilçimiz "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb.
Musavat.com xəbər verir ki, Ağdam klubu 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyevin "Dinamo" komandasına 2:0 hesabı ilə qalib gəlib. İlk matçda rəqibinə minimal hesabla uduzan Qurban Qurbanovun yetirmələri bu qələbə sayəsində növbəti mərhələyə adlayan tərəf olub.
Təmsilçimiz pley-off mərhələsində "Tvente" (Niderland) – "DAK 1904" (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.
***
"Qarabağ" "Dinamo" ilə matçda fərqi ikiyə çatdırdı
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo" (Kiyev) görüşündə növbəti qol qeydə alınıb.
Musavat.com xəbər verir ki, matçın 69-cu dəqiqəsində Ağdam təmsilçisi üstünlüyünü daha da möhkəmləndirib. Aleksey Kaşuk rəqib qapısına yol taparaq komandasının ikinci qoluna imza atıb və hesabı 2:0-a çatdırıb.
Hazırda qarşılaşma Ağdam klubunun iki top fərqli üstünlüyü ilə davam edir.
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo" (Kiyev) görüşünün ilk hissəsi başa çatıb.
Musavat.com xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
İlk 45 dəqiqədə "Qarabağ" meydanda aşkar üstünlüyə sahib olub. Belə ki, Ağdam klubu topa 74% nəzarət etdiyi halda, qonaqlarda bu göstərici sadəcə 26% təşkil edib. Qapıya endirilən ümumi zərbələrdə "Qarabağ" öndə (5-4) olsa da, çərçivəyə gedən zərbələrdə "Dinamo" qismən fərqlənib (1-2).
Kiyev təmsilçisi ilk hissədə kobud oyunu ilə diqqət çəkib. Qonaqlar 7 dəfə qaydanı pozub və hakimdən 2 sarı vərəqə alıblar. "Qarabağ" futbolçuları isə cəmi 2 dəfə qayda pozuntusuna yol veriblər və vərəqə almayıblar.
Künc zərbələrində də təmsilçimizin üstünlüyü qeydə alınıb (2-1). Qarşılaşmanın ilk yarısında qırmızı vərəqə göstərilməyib.
***
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda hesab açılıb.
Musavat.com-un məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
20:15***
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu start götürüb.
Musavat.com xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Kiyev “Dinamo”su ilə qarşılaşır.
Qeyd edək ki, Ağdam təmsilçisi səfərdə keçirilən ilk oyunda 0:1 hesabı ilə məğlub olub. Qurban Qurbanovun komandası bu gün həmin nəticəni aradan qaldıraraq pley-off mərhələsinə yüksəlməyə çalışır
Bu cütün qalibi pley-off mərhələsində “Tvente” – DAC 1904 cütünün qalibi ilə qarşılaşacaq.
Oyunu canlı olaraq təqdim edirik:
14 Avqust 2026
13 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ