İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” azarkeşləri Liverpul küçələrində

Azərbaycan çempionu “Qarabağ”la İngiltərənin nəhəng klubu “Liverpul”un qarşılaşmasına bir saat qalır.

Musavat.com xəbər verir ki, bu dəqiqələrdə matçın keçiriləcəyi stadinonun yaxınlığındakı küçələrdə “Qarabağ”ın azərbaycanlı azarkeşlərinin dəstək aksiyası keçirilir. 

1200-dən artıq azarkeş “Qarabağ-Qarabağ!” şüarları səsləndirir. Azərbaycanlılar dogma komandalarına ən yüksək səviyyədə dəstək nümayiş etdirirlər. 

Videoda görünür ki, azərbaycanlı fanatlar üçrəngli bayraqları dalğalandırır, “Qarabağ” şərfləri ilə birlikdə ritmik şüarlar səsləndirərək komandaya mənəvi dəstək verirlər. Küçəni dolduran bu səs-küy və birlik havası yerli azarkeşlərin də diqqətini çəkir, ətrafda maraqla izləyənlər var.

Azarkeşlərin kollektiv şəkildə mahnılar oxuması, telefon işıqları və alqışlarla müşayiət olunan anlar Liverpul axşamına Bakı ab-havası gətirir. Bu görüntülər bir daha göstərir ki, “Qarabağ” Avropanın istənilən stadionunda oynasa da, onun arxasında minlərlə kilometrlik yolu qət edən Azərbaycan sevgisi dayanır.

Azərbaycan Diaspora Komitəsinin yaydığı videogörüntülərdə azarkeşlərin keçirdiyi yürüşü atlı polislərin müşayiət etdiyi də diqqətdən yaynmır.

Musavat.com

a5276c15-4230-4b5f-83c1-f689d69843e9.jpg (129 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR