Onlayn ictimai-siyasi qəzet
“Taşacak Bu Deniz” serialının aktyorları Ali Öner və Zeynep Atılgan haqqında uzun müddətdir dolaşan eşq dedi-qoduları nəhayət öz təsdiqini tapıb.
Musavat.com xəbər verir ki, məşhur cütlük Bodrumda birlikdə istirahət edərkən paparatsilərin obyektivinə tuş gəlib.
Türkiyə mediasının yaydığı məlumata görə, serialda “Gökhan” və “Fadime” obrazlarını canlandıran aktyorlar Bodrumun Güvercinlik bölgəsində dincələrkən birlikdə görüntüləniblər. Gün ərzində dəniz və günəşin dadını çıxaran cütlüyün səmimi davranışları münasibətlərinin artıq gizli olmadığını ortaya qoyub.
Qeyd edək ki, bir müddət əvvəl Ali Önerin keçmiş nişanlısı Livanur Aydın aktyorun ona serialdakı tərəf müqabili Zeynep Atılqanla xəyanət etdiyini iddia etmişdi. Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş, cütlüyün münasibəti gündəmin əsas mövzularından birinə çevrilmişdi.
Könül
Musavat.com



09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ