İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin superyaxtası təcili gizlədilir: Bu səbəbdən

Putinin istifadə etdiyi deyilən "Graceful" yaxtası təhlükəsizlik səbəbindən yeni marşrutla hərəkətə başlayıb.

Musavat.com xəbər verir ki, The Telegraph nəşrinin yaydığı məlumata görə, Kremlin sahibi ilə əlaqələndirilən, uzunluğu 82 metr olan Graceful superyaxtası hazırda Norveç sahilləri boyunca Murmansk istiqamətində hərəkət edir.

Bildirilir ki, yaxta Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Severomorsk" böyük sualtı qayıq əleyhinə gəmisi və "Voyevoda" xilasetmə gəmisi tərəfindən müşayiət olunur.

Məlumata əsasən, yaxtanın göyərtəsi pilotsuz uçuş aparatlarının mümkün hücumlarından qorunmaq üçün xüsusi antidron torları ilə örtülüb.

Nəşr yazır ki, bu səfərin məqsədi Alina Kabayevanın daşınması deyil, Ukraynanın uzaqmənzilli zərbə vasitələrinin təhlükəsindən yayınmaq üçün yaxtanın daha təhlükəsiz bölgədə gizlədilməsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR