Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin Soçidə yerləşən məşhur “Boçarov Ruçey” iqamətgahında böyük yenidənqurma işləri aparılır.
Musavat.com xəbər verir ki, iqamətgahın köhnə binaları 2024-cü ildə sökülüb. 2026-cı ilin payızına aid peyk görüntülərində isə onların yerində yeni tikililərin artıq yüksəldiyi görünür.
Məlumata görə, işlər Rusiya Federal Mühafizə Xidmətinin qapalı dövlət müdafiə sifarişi çərçivəsində həyata keçirilir. Tikintinin baş podratçısının biznesmen Arkadi Rotenberqin çevrəsi ilə əlaqəli olduğu bildirilir.
Layihənin ümumi dəyəri açıqlanmasa da, ayrı-ayrı podratların yüz milyonlarla rubla çatdığı qeyd olunur.
Tikintidə çalışmaq üçün fəhlələrin internet vasitəsilə də axtarıldığı bildirilir. İş elanlarında obyekt “strateji” adlandırılıb, işçilərə nağd ödəniş, yemək və yaşayış yeri təklif edilib. İlkin mərhələdə yalnız məhkumluğu olmayan Rusiya vətəndaşlarının qəbul edildiyi, daha sonra Belarus, Qazaxıstan və Qırğızıstan vətəndaşlarının da işə götürülməyə başlandığı bildirilir.
Diqqətçəkən məqam isə Putinin son illərdə bu iqamətgaha əvvəlki dövrlə müqayisədə daha az getməsi fonunda genişmiqyaslı tikinti işlərinin aparılmasıdır.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ