İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən ŞOK: Bu, Rusiya-Ukrayna müharibəsi deyil, Xarkova HÜCUMUN səbəbi isə.. - CANLI

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində yeddi mülki sakinin öldüyünü deyib. Ukrayna Silahlı Qüvvələrinin əli ilə 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, – o qeyd edib.

Mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində olub.

“Rusiya Silahlı Qüvvələri Belqorod və digər yaşayış ərazilərinə hücumların sayını azaltmaq üçün Xarkov istiqamətində cəbhə xəttini geri çəkməyə sadəcə məcburdur”. Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib ki, Rusiya hərbçiləri Xarkov istiqamətində vəzifələrini layiqincə yerinə yetirirlər.

“Ukrayna böhranı iki dövlət arasında münaqişə deyil, onun kökləri Qərbin təcavüzkar siyasətinin nəticəsidir”. Rusiya Prezidenti Vladimir Putin deyib. “Dərhal demək istəyirəm ki, Ukrayna ilə bağlı böhran iki dövlət, iki xalq arasında hansısa problemlərdən qaynaqlanan münaqişə deyil. Vəziyyət başqadır. Münaqişənin kökləri ikitərəfli münasibətlərdə də deyil. Qərbin bütün bu illər ərzində, xüsusi hərbi əməliyyatlar başlamazdan xeyli əvvəl apardığı aqressiv və tamamilə avantürist siyasətin birbaşa nəticəsidir. Əgər münaqişə Rusiya ilə Ukrayna arasındakı ziddiyyətlərdən ibarət olsaydı, ortaq tarix və mədəniyyət, mənəvi dəyərlər, milyonlarla qohumluq, ailə və insani əlaqələri özlərində birləşdirən ruslar və ukraynalılar istənilən məsələni ədalətli həll etmək yolunu tapardılar”, - Putin bilirib.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Azad Vətən Partiyasının sədri Akif Nağı cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2024

21 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR