İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyana “YOX” dedi, Moskva İrəvanı QARIŞDIRIR

Rusiya və Ermənistan münasibətləri dəyişən regional reallıqlara uyğunlaşma və yenidən qiymətləndirmə mərhələsinə daxil olub. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib. Onun sözlərinə görə, Moskva bu işi İrəvanla konstruktiv və qarşılıqlı faydalı şəkildə aparmağa hazırdır.

Diplomat vurğulayıb ki, Rusiya Ermənistanın suveren xarici siyasət yürütmək hüququnu tanıyır.

Rusiya Prezidenti Vladimir Putin Ermənistanda keçirilən seçkilərin nəticələrini sadəcə "nəzərə almaqla" kifayətlənə və Baş nazir Nikol Paşinyana təbrik ünvanlamaya bilər.

Ermənistanın "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, Kremlin bu addımı Paşinyanın son dövrlər apardığı qərbyönlü siyasətə birbaşa etiraz kimi qiymətləndirilir.

Rusiyadakı müxtəlif dairələrdən gələn səslər də bu ssenarini gücləndirir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın, Kremlin sözçüsü Dmitri Peskovun, Duma deputatlarının və digər rəsmilərin Ermənistandakı seçkilərlə bağlı səsləndirilən tənqidi fikirlər, xüsusilə səsvermə zamanı qanun pozuntularının baş verməsi barədə bəyanatlar Moskva-İrəvan xəttindəki soyuq münasibətlərin daha da pisləşəcəyinə işarədir.

TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" efirində siyasi ekspert Heydər Oğuz sualları cavablandırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR