İnsanlara hürriyət, millətlərə istiqlal!

Portuqaliyada azərbaycanlı gənc itkin düşdü

Portuqaliyada yaşayan və çalışan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı İldırım Mirməmmədovdan bir neçə gündür ki, xəbər almaq mümkün olmur.

Musavat.com xəbər verir ki, bu barədə onun atası Natiq Məmmədov sosial şəbəkə hesabında paylaşım edərək kömək istəyib.

Atasının sözlərinə görə, o, oğlu ilə sonuncu dəfə cümə günü görüntülü zəng vasitəsilə danışıb. Həmin vaxtdan etibarən İldırım Mirməmmədovun telefonu sönülüdür, "WhatsApp" vasitəsilə göndərilən mesajlar isə cavabsız qalır.

Məlumata görə, İldırım Mirməmmədovun Portuqaliyanın Setubal şəhəri yaxınlığında və ya Nazare bölgəsində yaşadığı və işlədiyi ehtimal olunur. Bildirilir ki, o, gəmiqayırma və digər sahələrdə biznes fəaliyyəti ilə məşğul olan moldovalı sahibkara məxsus avtoservisdə çalışırmış. Ailə artıq Portuqaliya polisinə rəsmi müraciət etdiyini açıqlayıb.

İldırım Mirməmmədovu görən, onunla işləyən və ya harada olması barədə hər hansı məlumata malik şəxslərdən ailə ilə əlaqə saxlamaları xahiş olunur.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR