İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis əməliyyat keçirdi - Saxlanılan var

Yevlaxda qanunsuz olaraq silah-sursat əldə edən şəxslərin saxlanılması istiqamətində növbəti tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Məlik Abdullayev şübhəli şəxs kimi saxlanılıb. Ondan "AKM" modelli avtomat, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvil verməyərək gizlətmək məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR