Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkiyan ABŞ ilə hərbi gərginlik, diplomatik danışıqlar və İsrailin regiondakı planları ilə bağlı diqqətçəkən bəyanatlarla çıxış edib.
Musavat.com xəbər verir ki, Pezeşkiyan diplomatik kanalların əhəmiyyətini vurğulayaraq bildirib: "Dialoq vasitəsilə Livan müharibəsini dayandıra, mühasirəni aradan qaldıra və bəzi sanksiyaları azalda bildik".
"Müharibə İsrailin istədiyidir"
İran dövlət başçısı ölkəsini müharibəyə çəkmək istəyən qüvvələrin olduğunu və bunun arxasında İsrailin dayandığını qeyd edib: "Bəziləri bizim müharibə etməyimizi istəyir; bu, məhz İsrailin bizi təslim olmağa məcbur etmək üçün istədiyi şeydir. Lakin biz geri addım atmayacağıq və baş əyməyəcəyik".
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ