Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran prezidenti Məsud Pezeşkian ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər iki ölkə arasındakı ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda baş verən son proseslər və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Paşinyan və Pezeşkian regional kommunikasiyaların açılması və sabitliyin bərqərar olunması istiqamətində dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
@@TVmusavat/155953@@
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ