İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian ABŞ-da həbs oluna bilərmi? – İki açıqlama

“Nyu-Yorka gedən ölkə prezidenti Məsud Pezeşkian həbs oluna bilər və buna görə nigaranıq”.

Musavat.com bildirir ki, bunu İran parlamentinin üzvü Qasım Rəvanbəxş deyib.

"Biz bir neçə ay əvvəl liderimizi həyasızcasına şəhid edən və Venesuela prezidentini qaçıran ABŞ ilə müharibə vəziyyətindəyik. Ona görə də həkimləri həbs etmək onlar üçün problem deyil. Ancaq bu, bizim üçün məğlubiyyətdir",- o əlavə edib.

Pezeşkian ABŞ-da həbs oluna bilər-Millət vəkili

Trampın Pezeşkianla görüşməyə hazır olması ilə bağlı açıqlamalarına toxunan Rəvanbəxş deyib ki, ABŞ prezidenti buna razıdır: “Tramp Pezeşkianla görüşməyə hazır olduğunu açıqlayıb, ancaq o bizi aldada bilər və son anda görüşü ləğv etməsi mümkündür. Bunun baş verəcəyi halda və ya bu görüş üçün şərtlər irəli sürməsi təqdirdə İranın nüfuzuna xələl gətirmiş olacaq”.

Rəvanbəxş Pezeşkianın Trampla görüşmə ehtimalını tənqid edib və vurğulayıb: “Görüş baş tutsa belə, rəhbərin və minlərlə iranlının qatili ilə görüşməyin nə faydası var?”

Yada salaq ki, Vaşinqton və Tehran arasında münasibətlərin son dərəcə gərgin olduğu bir vaxtda İran prezidentinin ABŞ ərazisinə daxil olması özü diplomatik paradoks yaradır: iki ölkə arasında müharibə davam etdiyi halda, onların liderləri eyni şəhərdə, BMT platformasının yaratdığı diplomatik çərçivə daxilində mümkün təmas imkanına malik olurlar. ABŞ administrasiyası İran nümayəndə heyətinin BMT Baş Assambleyasına gəlməsinə icazə verib və bunu BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkə kimi öhdəlikləri ilə əlaqələndirib. Bununla belə, İran nümayəndə heyətinin Nyu-Yorkdakı hərəkətlərinə məhdudiyyətlər də tətbiq olunub.

Bundan əlavə, ABŞ maliyyə naziri oktyabrın 1-dən İrandan bütün ölkələrə uçuşların dayanacağını anons edib. Artıq Gürcüstan bu sanksiyanı tətbiq edib. Məhz bu şəraitdə İran parlamentinin deputatı Qasım Rəvanbəxşin Pezeşkianın ABŞ-də həbs edilə biləcəyi barədə açıqlaması diqqət çəkir. Onu da deyək ki, Trampın rəsmi görüş cədvəlində İran prezidenti ilə ayrıca müzakirə yer almayıb.

Əfqanıstan–Pakistan qarşıdurması: Münaqişə qlobal müharibəyə çevrilə  bilərmi? – ŞƏRH - Turkustan.az

Politoloq Züriyə Qarayeva Pezeşkianın həbs ediləcəyini gözləmir. Onun fikrincə, ABŞ İranın rəsmi hökuməti ilə münasibətləri və dialoqu davam etdirir, SEPAH rejiminə qarşı isə mübarizə aparır.
“Bu baxımdan, qanuni və legitim prezidentin həbsini istisna edirəm. ABŞ-da Pezeşkiana cinayət işi də açılmayıb. Maduro barəsində cinayət işi var idi və istintaq aparılmışdı. Ona görə Pezeşkianın həbsini gözləmirəm. Bu, absurd olardı”, - deyə ekspert bildirib.

Züriyə Qarayeva hesab edir ki, Trampla Pezeşkian görüşü mümkündür, sadəcə, bu gərginlik və Hörmüz boğazı böhranı fonunda liderlərin müzakirəsi nəticəsiz başa çatacaq: “Çünki SEPAH ABŞ ilə barışıqda istəkli görünmür. İranda hökumətlə hərbi rejim arasında fikir ayrılığı var. Bu da Pezeşkianın Trampla görüşünü əhəmiyyətsiz edir”.

Emil Salamoğlu
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR